ÇL-də ilk finalçı müəyyənləşir
Bizi izləyin

İdman

ÇL-də ilk finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.

Publika.az xəbər verir ki, bu gün ilk finalçının adına aydınlıq gələcək. PSJ doğma azarkeşləri önündə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Almaniya təmsilçisi "Siqnal İduna Park"da keçirilən ilk oyunda minimal hesabla qalib gəldiyindən, meydana nisbi üstünlüklə çıxacaq. Ancaq Paris təmsilçisindən doğma "Park de Prins"də geridönüş gözləyənlərin sayı az deyil.

Qeyd edək ki, yarımfinalın digər cavab görüşü sabah - mayın 8-də baş tutacaq. “Real” “Bayern”i qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınıb.

Heybət

UEFA Çempionlar Liqası: 1/2 final, cavab oyunu
7 may
23:00 PSJ – Borussiya D (İlk oyun 0:1)
Hakim: Daniele Orsato (İtaliya)
Stadion: Park de Prins

8 may
23:00 Real - Bayern (İlk oyun - 2:2)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm