İdman
Şəhid övladları ilə bağlı memorandum imzalandı
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, memoranduma əsasən, şəhid övladlarına diqqət və qayğının göstərilməsi, artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət əməkdaşlığın əsas məqsədi kimi müəyyən edilib.
Tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması, eyni zamanda inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər. Peşəkar Futbol Liqası bu anlaşmaya əsasən öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydançaya çıxmasının, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onlar arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.
Memorandumu Peşəkar Futbol Liqasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.
Heybət
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO