UEFA prezidentinin Messi ilə bağlı mesajı yayıldı: Bunu it də bilməz - ŞOK İDDİA
Bizi izləyin

İdman

UEFA prezidentinin Messi ilə bağlı mesajı yayıldı: Bunu it də bilməz - ŞOK İDDİA

“Barselona”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales UEFA-nın vəsaitlərini mənimsəməkdə şübhəli bilinirlər.

Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb. Nəşr bu məsələ ətrafındakı danışıqların mətnlərini yayımlayıb.

Koronavirus pandemiyası zamanı federasiya rəhbəri UEFA prezidenti Aleksandr Çeferin ilə əlaqə saxlayıb və ondan Messi və digər futbolçuların maaşlarının ödənilməsinə köməklik göstərməsini istəyib. Rubiales mesajında ​​tam məxfilikdə israr edib. O, ingilis dilində audio mesajında ​​maliyyə itkilərini kompensasiya etmək üçün UEFA fondlarından istifadə etməyi təklif edib.

“Bilirlər ki, onları (red - futbolçuları nəzərdə tutur) yalnız federasiya və UEFA qoruyur. FIFpro və oyunçular birliyi elə səviyyədə deyil. Onlar mənə açıq şəkildə dedilər ki, heç kim bilməsin ki, pulumuzu istəyirik, çünki insanlar bilsələr, bizi öldürəcəklər. Bu audionu sizə Messinin mesajı ilə göndərirəm. Səs mənimdir, amma mesaj onundur. Siz çox məxfi olmalı və doğru anı seçməlisiniz”, - deyə Rubiales bildirib.

UEFA prezidenti “bunu it də bilməz”, - deyə onu sakitləşdirib:

Rubiales daha sonra konkret təkliflə çıxış edib:

"Əvvəllər xüsusi olaraq milli assosiasiyalara ayrılmış UEFA-nın bütün matçlarının yayım hüquqlarının 4% -i "Covid-19" səbəbi ilə maaşları kəsilən oyunçuların 50% -ni kompensasiya etmək üçün yenidən hesablanmalıdır".

Xatırladaq ki, “Barselona” klub iqtisadiyyatına təsir edən qlobal vəziyyəti nəzərə alaraq Messiyə maaşını 70 faiz azaltmağı təklif etmişdi. Pike danışıqların ilkin mərhələsində iştirak edib. O, mümkün maaş azaldılmasından narahat olan Messiyə mesajlar çatdırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm