"Real" Mbappe ilə bağlı qərar verdi: Olimpiadaya buraxılacaq?
Bizi izləyin

İdman

"Real" Mbappe ilə bağlı qərar verdi: Olimpiadaya buraxılacaq?

Fransa millisinin hücumçusu Kilian Mbappe ölkəsində keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Tiempo de Juego" məlumat yayıb.

"Real" Mbappenin olimpiya futbol turnirində iştirakına qarşıdır. Madrid klubu futbolçunun mövsümün startında komandanın düşərgəsində olmasını istəyir.

Mbappe mövsüm bitdikdən sonra hazırda çıxış etdiyi PSJ-ni tərk edəcəyini açıqlayıb. Onun "Real"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm