"Bayern" baş məşqçi tapıb: Amma klubu ilə...
Bizi izləyin

İdman

"Bayern" baş məşqçi tapıb: Amma klubu ilə...

"Bayern" komandanın yeni baş məşqçisi olacaq Vinsent Kompani ilə müqavilənin detallarını razılaşdırıb.

Publika.az xəbər verir ki, jurnalist Kristian Falkın sözlərinə görə, təyinat "Bernli" ilə danışıqlara görə gecikir. İngiltərə klubu belçikalı mütəxəssis üçün 20 milyon avro almaq istəyir, münhenlilər isə bu məbləğin yarısını təklif edir.

2023/2024 mövsümündə Kompaninin rəhbərliyi altında "Bernli" İngiltərə Premyer Liqasında sonuncudan əvvəlki yeri tutub və Çempionşipa düşüb.

Qeyd edək ki, “Bayern” “Bayer”də qalmağa qərar verən Xabi Alonso, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann və Avstriya yığmasının baş məşqçisi Ralf Ranqniklə anlaşa bilməyib, həmçinin Hans-Diter Flik geri qayıtmaqdan imtina edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm