Çerçesov Azərbaycan millisini çalışdıracaq? - Təsdiqlədi, əlaqə saxlayıblar
Bizi izləyin

İdman

Çerçesov Azərbaycan millisini çalışdıracaq? - Təsdiqlədi, əlaqə saxlayıblar

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə mümkün təyinatı ilə bağlı yayılan məlumatlara cavab verib.

Publika.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu sözləri deyib:

“Bəli, mən belə yazıları görmüşəm. Amma hələlik məsələ rəsmi danışıqlar mərhələsinə çatmayıb. Belə söhbətlərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Azərbaycan milli komandası ilə bağlı ən çətin problemləri həll edə bilərik.

Üstəlik, ölkə prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Həyat yoldaşı kimi Mehriban Əliyeva da idman layihələrinə, müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir. Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir.

Qeyd edək ki, martdan etibarən Çerçesovun Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olması ilə bağlı Rusiya mətbuatında informasiya yayılıb.

Xatırladaq ki, Çerçesov 2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi vəzifəsində çalışıb. 60 yaşlı mütəxəssisin son iş yeri 2021-ci ilin dekabrından 2023-cü ilin iyuluna kimi rəhbərlik etdiyi "Ferensvaroş" olub. Çerçesov komandası ilə 2 dəfə Macarıstan çempionatının və 1 dəfə isə Macarıstan Kubokunun qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm