Finalda uduzan kişi futbolçular qadın hakimə hücum çəkdilər - VİDEO
Bizi izləyin

İdman

Finalda uduzan kişi futbolçular qadın hakimə hücum çəkdilər - VİDEO

“Panatinaikos”un “Aris” üzərində 1:0 hesabı ilə qalib gəldiyi Yunanıstan kubokunun final matçını idarə edən referi Stefani Frappart matçdan sonra məğlub komandanın oyunçuları və texniki heyətinin aqressiv təzyiqinə məruz qalıb.

Publika.az xəbər verir ki, fransalı hakim komandalardan birinə qarşı qərəzlilik qorxusundan qaçmaq, eləcə də korrupsiya risklərini azaltmaq üçün ölkə kubokunun finalına dəvət edilib.

Matçın baş hakimi “Panatinaikos”un bir, digər komandanın isə iki futbolçusunu meydandan qovub. 90+7-ci dəqiqədə vurulan yeganə qoldan dərhal sonra oyun bitib və “Aris”in futbolçuları və heyəti Frapparta tərəf qaçıb.

Polis hakimin ətrafında təhlükəsiz zona yaratmalı olub. Asayiş keşikçiləri fiziki hücumun qarşısını almaq üçün hakimlər briqadasının meydanı tərk etməsinə kömək ediblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm