İdman
Tahir Süleymanov seçim qarşısında: AFFA, yoxsa "Neftçi"?
Uzun müddətdir işsiz qalan tanınmış futbol funksioneri Tahir Süleymanov yenidən fəaliyyətə başlamaq üzrədir.
Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan futbolundakı dəyişikliklər nəticəsində "Neftçi"nin sabiq vitse-prezidentinin xidmətinə ehtiyac duyulub. Ona 2 təklifi var: AFFA Hakimlər Komitəsi və "Neftçi".
AFFA Hakimlər Komitəsində çalışmaq ona boşuna təklif edilmir. Süleymanov sabiq FİFA referisidir. Federasiya onun bu sahədə olan təcrübəsindən yararlanmaq istəyir. Qurum AFFA-nın Hakimlər Komitəsinin hazırkı sədri Barış Şimşəyin fəaliyyətindən narazıdır. Onun artıq bitmək üzrə olan müqaviləsinin müddəti uzadılmayacaq. Belə olan halda, komitədə dəyişikliklər edilməlidir. Buna görə də AFFA Süleyamnova üz tutub.
Ancaq Tahir Süleymanovla bağlı başqa plan da var. "Neftçi"nin Müşahidə Şurası onu heç də yaxşı günlər yaşamayan klubda rəhbər vəzifəyə qaytarmaq istəyir. Onun "ağ-qaralar"da 4 illik təcrübəsi var. Bu klubla 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kuboku qazanıb. Eyni zamanda paytaxt təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında Süleymanovun da rolu olub.
Belə bir CV-yə sahib olan funskioner indi seçim qarşısındadır. Ya "Neftçi"ni, ya da AFFA-nı seçməlidir. Onun düşünmək üçün elə də çox vaxtı yoxdur. Qısa zamanda seçimini açıqlamalıdır.
Heybət
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO