İdman
Şahmatçımız beynəlxalq turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən “Dubai Open” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından Publika.az-a verilən məlumata görə, son tura lider kimi başlayan qrossmeyster yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open”i qalib kimi başa vurub. Şahmatçımız həm də 16 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan Azərbaycanın digər iti zəka sahibi Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə şahmatçı 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında