"Real" Avro-2024-də çıxış edən futbolçunu istəyir: 3 rəqibi var
Bizi izləyin

İdman

"Real" Avro-2024-də çıxış edən futbolçunu istəyir: 3 rəqibi var

"Bayer Leverkuzen"in liderlərindən biri Ceremi Frimponq yay transfer pəncərəsində Almaniya klubunu tərk edə bilər.

Publika.az "Todo Fichajes"ə istinadən xəbər verir ki, "Real" ulduzu parlayan müdafiəçi ilə maraqlanır. Klub hazırda Niderland millisi ilə Avro-2024-də çıxış edən futbolçunu turnirdən sonra transfer etməyi planlaşdırır.

"Barselona", ​"​Bayern" və "Mançester Siti" də 23 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanır. Lakin Frimponq yalnız "kral klubu"na keçmək istəyir.

Onun "Bayer" ilə müqaviləsində 40 milyon avroluq sərbəst qalma maddəsi var ki, bu da transferin reallaşma ehtimalını artırır.

Qeyd edək ki, Cerermi ötən mövsüm Almaniya çempionu olduğu komandanın forması ilə bütün yarışlarda 48 oyuna çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm