Mövsümün tapıntısı bu gözəllə sevgilidir - FOTOLAR
Bizi izləyin

İdman

Mövsümün tapıntısı bu gözəllə sevgilidir - FOTOLAR

Rikkardo Kalafiori 2023/24 mövsümünün əsas kəşflərindən biridir. 22 yaşlı müdafiəçi sensasiyalı şəkildə "Bolonya" ilə Çempionlar Liqasına vəsiqə qazanıb, İtaliya millisində debüt edib və Avro-2024-də komandanın əsas oyunçularından biri olub.

Düzdür, İspaniya ilə matçda (0:1) avtoqol müəllifi oldu. Amma heç kim buna görə onu qınamır.

Euro 2024: Riccardo Calafiori own goal sends Spain into last 16 | Anglo Celt

Rikkardo əvəzində Xorvatiya ilə həlledici görüşdə (1:1) əlavə vaxtda qol ötürməsi verməklə nəinki günahını yudu, hətta İtaliya milli komandasının nüfuzunu xilas etdi. Belə də olur.

Təbii ki, hər bir 22 yaşlı gənc kimi onun da çılğın bir qız yoldaşı var. Rikkardo Kalafiorinin sevgilisi Benedetta ilə tanış olaq.

İtaliya futbol ictimaiyyəti Benedetta haqqında 2024-cü ilin mayında, "Bolonya" Çempionlar Liqasına rəsmi olaraq vəsiqə qazandığı gün öyrənib. Sevincli Kalafiori meydanda müsahibə verib, qız onun yanağından öpmək üçün yanına gəlub. Bütün bunlar canlı yayımda baş verib.

Cütlük cəmi bir ildən çoxdur ki, birlikdədir. 2023-cü ilin yayında Kalafiori "Bazel"də bir mövsüm keçirdikdən sonra İtaliyaya qayıdıb və "Bolonya" ilə müqavilə imzalayıb. Elə həmin vaxt cütlük tanış olub.

Cəmi 1 il keçib, amma Rikkardo və Benedetta artıq eyni döymələrə sahibdilər: barmaqlarında "Koi No Yokan" yazısı var. Yapon dilindən təxminən "İlk Baxışda Sevgi" kimi tərcümə olunur və eyni zamanda Deftones albomunun adıdır.

Ümumiyyətlə, Benedetta döymələri sevir: Onun bədənində 5-dən çox tatu var. Hazırda Almaniyadadır və Avro-2024-də sevgilisini stadionlardan dəstəkləyir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm