İdman
Messi narazılıq etdi, rekordlarından danışdı: Bu, işləri bir az da çətinləşdirdi
Argentina millisinin kapitanı Lionel Messi Amerika Kuboku 2024-ün ilk turu çərçivəsində bu gecə baş tutan Kanada ilə oyunu (2:0) şərh edib.
Publika.az xəbər verir ki, 3 gün sonra 37 yaşını qeyd edəcək superulduz görüşdə qeydə alınan rekordları barədə də danışıb:
“Biz onların belə oynayacağını bilirdik. Kanada çətin komandadır, fiziki cəhətdən güclüdür, çox sürətli və aqressiv oyunçuları var. Komandamızın qələbə ilə başlaması vacibdir. Meydanın vəziyyətindən asılı olmayaraq həmişə eyni formada oynamağa çalışırıq. Bu bizim oyun üslubumuzdur və buna sadiq qalmağa çalışırıq.
Ancaq bu gün qazonun vəziyyəti arzuolunan deyildi. Buna görə də bizə bəzən emal və ya dəqiq keçidlər üçün daha çox vaxt tələb olunurdu. Bu, işləri bir az da çətinləşdirdi. Amma əsas odur ki, qalib gəldik.
Milli komanda ilə daha bir rəsmi yarışda iştirak etməkdən xoşbəxtəm. Mən həmişə deyirəm ki, rekordlara fikir vermirəm, ancaq turnirdən həzz alıram. Bir daha təkrar edirəm: əsas odur ki, qələbə ilə başladıq”.
Qeyd edək ki, iyunun 21-nə keçən gecə ABŞ-da Amerika Kuboku turnirinə Argentina - Kanada matçı ilə start verilib. Turnirin hazırkı qalibi Messinin kapitanı olduğu komandadır.
Heybət
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir