Qalmaqal qopdu: Bu ölkə azyaşlıya təcavüz edən idmançını Parisə aparır
Bizi izləyin

İdman

Qalmaqal qopdu: Bu ölkə azyaşlıya təcavüz edən idmançını Parisə aparır

Niderland millisi Paris Olimpiadası öncəsi qalmaqallı qərar qəbul edib.

Publika.az xəbər verir ki, 2016-cı ildə azyaşlıya təcavüz etməkdə təqsirli bilinən çimərlik voleybolçusu Stiven van de Velde milliyə cəlb olunub.

29 yaşlı idmançı cinayəti 2014-cü ildə, 19 yaşında törədib. BBC iddia edir ki, onun qurbanı hadisə zamanı 12 yaşında olub.

Van de Velde 4 il həbs cəzasına məhkum edilib, lakin cəzasının yalnız bir ilini çəkib.

Van de Veldenin Olimpiadaya getməsi xəbəri İngiltərə mətbuatında mənfi reaksiyaya səbəb olub, çünki idmançı İngiltərədə bir qıza qarşı cinsi təcavüzdə günahlandırılıb və həbs cəzasının da bir hissəsini bu ölkədə çəkib.

Niderland voleybol federasiyası bildirib ki, “van de Velde idmana qayıtdıqdan sonra özünə şübhə etməyə əsas verməyən nümunəvi insan kimi davranır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm