İspanlar darmadağınla 1/4 finalda - YENİLƏNDİ
Bizi izləyin

İdman

İspanlar darmadağınla 1/4 finalda - YENİLƏNDİ

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsindəkeçirilən İspaniya - Gürcüstan qarşılşaması başa çatıb.

Publika.az xəbər verir ki, İspaniya komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qarşılşamanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardından Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.

xxx

00:41

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında İspaniya yığması daha bir qol vurub.

Publika.az xəbər verir ki, Dani Olmo 83-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 4:1.

Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb. Komandanın üçüncü qolunu Niko Uilyams (75) vurub.

xxx

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında İspaniya yığması üçüncü qolu vurub.

Publika.az xəbər verir ki, Niko Uilyams 75-ci dəqiqədə fərqlənib - 3:1.

Oyunda Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb.

xxx

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında İspaniya yığması hesabda önə çıxıb.

Publika.az xəbər verir ki, Fabian Ruis 51-ci dəqiqədə İspaniya millisini hesabda önə çıxarıb.

Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub. Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

xxx

23:50

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında hesab bərabərləşib.

Publika.az xəbər verir ki, İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub.

xxx

23:22

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında hesab açılıb.

Publika.az xəbər verir ki, İspaniya yığmasının futbolçusu Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə edir.

xxx

23:12

İspaniya və Gürcüstan yığmalarının qarşılaşdığı futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin oyunu başlayıb.

Publika.az xəbər verir ki, oyun Almaniyanın Köln şəhərindəki "Rhein-Energik" stadionunda keçirilir.

Görüşün baş hakimi Fransalı Fransua Leteksierdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm