Hakim futbolçu ilə görüşməkdən imtina etdi - VİDEO
Bizi izləyin

İdman

Hakim futbolçu ilə görüşməkdən imtina etdi - VİDEO

Perulu hakim Kevin Orteqa Amerika Kubokunun ABŞ - Uruqvay oyunundan sonra (0:1) amerikalı futbolçu Kristian Pulişiçlə əl sıxmaqdan imtina edib.

Publika.az xəbər verir ki, final fitindən sonra əsəbiləşən yarımmüdafiəçi hakimlər briqadasına yaxınlaşaraq şikayətlər səsləndirməyə başlayıb. Bundan sonra o, köməkçi hakimlə əl sıxmaq istəyib. Amma əli havada qalıb.

Puluşiç görüş zamanı işindən narazılığını bildirərək dəfələrlə hakimin üstünə qışqırıb.

Qeyd edək ki, ABŞ təşkilatçısı olduğu turnirdə mübarizəni qrup mərhələsində dayandırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm