Futbolçu skuterlə adam öldürdü
Bizi izləyin

İdman

Futbolçu skuterlə adam öldürdü

Fransanın "Renn" klubunun adı açıqlanmayan 18 yaşlı peşəkar oyunçusu qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Publika.az xəbər verir ki, iyunun 18-də futbolçu küçənin piyadalar üçün nəzərdə tutulmuş hissəsində elektrik skuterini idarə edərkən 51 yaşlı qadını vurub. Qadın bir neçə gün sonra dünyasını dəyişib.

Qəzanın günahkarının “Renn”in başqa azyaşlı futbolçusunu səyahət etdiyi qeyd edilir. Müayinə zamanı hər ikisində alkoqol və ya narkotik sərxoşluğu aşkar edilməyib.

Hadisə ilə bağlı iş prokurorluğa verilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm