Türkiyə Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNDİ
Bizi izləyin

İdman

Türkiyə Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNDİ

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

xxx

00:35

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland hesabda önə keçib.

Publika.az xəbər verir ki, bu dəfə Kodi Qakpo fərqlənib.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland hesabı bərabərləşdirib.

Publika.az xəbər verir ki, 70-ci dəqiqədə Stefan De Vray fərqlənib - 1:1.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.

Publika.az xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb - 1:0.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

xxx

23:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.

Publika.az xəbər verir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir

Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm