Şantajçılar Şumaxer ailəsindən görün nə qədər pul tələb ediblər
Bizi izləyin

İdman

Şantajçılar Şumaxer ailəsindən görün nə qədər pul tələb ediblər

Almaniya polisi əfsanəvi Formula 1 sürücüsü Mixael Şumaxerin ailəsini şantaj etmək işi ilə bağlı 4 nəfəri həbs edib.

Publika.az “Bild”ə istinadən xəbər verir ki, sonuncu saxlanılan şəxs 55 yaşlı pilotun ailəsinin keçmiş təhlükəsizlik işçisidir. Onun Şumaxerin yaxınlarının şəxsi fotoşəkillərinin rəqəmsallaşdırılması ilə məşğul olduğu və 15 milyon avro tələb edən əvvəllər həbs edilmiş şantajçılara məlumat ötürdüyü qeyd olunur.

Şumaxer 2013-cü ilin dekabrında ciddi beyin zədəsi alıb. Qəza Fransanın Alp dağlarında Meribel kurortunun xizək enişində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm