İdman
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə qarşılaşıb.
Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 3:4 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis oyunun təhlilini ertələdiyini bildirib:
“Bugünkü oyun barədə ilk dəfədir ki, təhlil edib deyə bilmirəm. Çünkü bu cür oyunları dəqiq təhlil edib nəsə deyə bilərəm. Elə durumdayam ki, sanki mənimlə nəsə baş verir. Ona görə də, bu oyunun təhlilini ertələyirəm. Hansısa düşüncələr, fikirlər, bunları ertələmək lazımdır.
Oyunun sonları haqda danışmaq istəyirəm. Azarkeşlərimiz mənə qarşı yaxşı olmayan ifadələr işlədirdi. Mən onlara heç nə demək istəmirəm. Hər şeyə rəğmən, mən onlara təşəkkürümü bildirirəm. Onları başa düşürəm. Bu qədər səbr etdiklərinə görə təşəkkür edirəm.
Elə bir durumda deyiləm ki, özüm-özümü cəzalandıram.
Mən bu məğlubiyyəti qəbul edirəm. Bayaq da dedim ki, indi bu məsələlər haqda danışmaq istəmirəm. Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir”.
“Neftçi” növbəti turda “Səbail”i qəbul edəcək.
-
İdman02:43
Mahirin eşq yaşadığı xanım kimdir? - FOTO
-
Magazin101:30
Hüseyn "Tesla" avtomobili ilə Bakı küçələrində - VİDEO
-
Qoroskop00:12
Günün qoroskopu: sizi sürprizlər və xoş hadisələr gözləyir
-
Magazin16 Noyabr 23:38
Üzeyir bu məşhurun toyuna 8 min manat pul yazdırdı
-
Magazin26 Noyabr 22:44
60 yaşlı Monika Belluççi bu pozaları ilə gündəmə gəldi - FOTOLAR
-
Hadisə6 Noyabr 22:32
Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü
-
İqtisadi gündəm6 Noyabr 21:55
Trampın seçilməsi birjalara necə təsir etdi?
-
Hadisə6 Noyabr 20:55
Ordumuzun əsgəri intihar etdi