İdman
Hakan Fidan Azərbaycanı təbrik etdi
"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, Türk dünyasının bütün mədəni dəyərlərini və simvollarını bundan sonra da güclü şəkildə qoruyacağıq".
Publika.az xəbər verir ki, bunu Türkyənin xarici işlər naziri Hakan Fidan "X"dəki səhifəsində Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü ilə bağlı yazıb.
"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü münasibətilə olduğumuz Şuşada Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdik, həmkarlarımızla ikitərəfli görüşlər keçirdik.
İnanıram ki, görüşlərimiz regional əməkdaşlıq barədə məlumatlılığımızı gücləndirəcək, coğrafiyamızda qlobal güc rəqabətinin qarşısını almaq üçün qardaşlarımızla birliyimizi gücləndirəcək.
Balkan yarımadası, Şərqi Avropada, Yaxın Şərqdə, Əfqanıstanda və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza kimliklərini qoruyub saxlamağa yardım etmək bizim tariximiz qarşısında məsuliyyətimizdir.
Təşkilatımızın Şimali Kipr Türk Respublikasına göstərəcəyi dəstək, adadakı reallıqlara əsaslanan ədalətli, qalıcı və davamlı həll üçün böyük əhəmiyyət kəsb edir", - nazir qeyd edib.
-
Rəsmi xronika13:30
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi