İdman
Suares onun haqqında elə sözlər dedi ki… - Salam belə vermirdi
Uruqvay millisinin sabiq hücumçusu Luis Suares millinin baş məşqçisi Marselo Bielsanı tənqid edib .
Publika.az xəbər verir ki, Suares bu barədə DirecTV-yə danışıb.
“Amerika Kubokunda məni incidən vəziyyətlər oldu. Toplanışda bir çox oyunçu məşqçidən heç olmasa onlara sabahınız xeyir deməsini istədi, amma o, salam belə vermirdi.
Bielsa iclaslar zamanı danışdı, insanlar haqqında gözəl şeylər söylədi. Lakin o, bizdən insanlarla salamlaşmaq üçün Nyu-Yorkun küçələrində dayanmamağımızı istədi. Mən ayağa qalxıb dedim ki, onsuz da bunu edəcəyik.
Milli komandadan getməzdən əvvəl Bielsa ilə beş dəqiqəlik söhbətim oldu, sonunda o, mənə yalnız bunu dedi: “Çox sağ ol”.
Azarkeşlərdən xahiş etmək istərdim ki, əgər bir şey səhv olarsa (2026-cı il Dünya Çempionatına vəsiqə qazanılmazsa) oyunçuları söyməsinlər, çünki Bielsa komandanı hətta məşq tərzinə görə də bölürdü”, – Suares bildirib.
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO