Braziliya yarımfinala vəsiqə qazana bilmədi
Bizi izləyin

İdman

Braziliya yarımfinala vəsiqə qazana bilmədi

Braziliya yığması ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 finalında Uruqvaya məğlub olub.

Publika.az xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb, penaltilər seriyasında uruqvaylılar daha güclü olublar (4:2).

Yarımfinalda Uruqvay 1/4 finalda Panamaya 5:0 hesabı ilə qalib gələn Kolumbiya ilə qarşılaşacaq.

Digər yarımfinal cütünün Argentina və Kanada olduğu bildirilir.

Qeyd edək ki, Argentina Amerika Kubokunun hazırkı qalibidir və Uruqvayla birlikdə turnirin ən titullu iştirakçısıdır (onlar kuboku 15 dəfə qazanıblar).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm