Dünyanın ən yaxşı mərkəz kombinasiyaları: Siyahıda görün hansı əfsanələr var
Bizi izləyin

İdman

Dünyanın ən yaxşı mərkəz kombinasiyaları: Siyahıda görün hansı əfsanələr var

"FourFourTwo" jurnalı meydanın mərkəzində ən yaxşı kombinasiyaların (ikidən dörd oyunçuya qədər) reytinqini tərtib edib.

Publika.az xəbər verir ki, ən yaxşı kombinasiya “Barselona”da çıxış edən Serxio Buskets, Xavi və Andreas İnyesta ibarət olub.

İkinci sıra da ispanlardan ibarətdir. Söhbət İspaniya millisi ilə böyük uğurlar qazanan Xabi Alonso, Sergi Buskets, Xavi "trio"sundan gedir.

"İlk üçlüy"ü "Mançester Siti"nin artıq əfsanəyə çevrilən Kevin De Bruyne, Fernandinyo və David Silvadan ibarət mərkəz xətti qapayıb.

Siyahı belədir:

1. Sergi Buskets, Andreas İnyesta və Xavi (Barselona).

2. Xabi Alonso, Sergi Buskets, Xavi (İspaniya).

3. Kevin De Bruyne, Fernandinyo, David Silva (Mançester Siti).

4. Xabi Alonso, Serxi Buskets, Françesk Fabreqas, Xavi (İspaniya).

5. Rui Kosta, Cennaro Qattuzo, Andrea Pirlo, Klarens Zeedorf (Milan).

6. Didi və Zito (Braziliya).

7. Roy Kin və Pol Skoulz (Mançester Yunayted).

8. Yozef Bozşik və Nandor Hideqkuti (Macarıstan).

9. Maykl Essyen, Frenk Lempard, Klod Makelele (Çelsi).

10. Fernandinyo və Yaya Ture (Mançester Siti).

11. Edqar Davids, Yari Litmanen, Frank Raykard və Klarens Zeedorf (Ayaks).

12. Cennaro Qattuzo və Andrea Pirlo (İtaliya).

13. Antuan Qrizmann, Nqolo Kante, Pol Poqba (Fransa).

14. Vim Yansen, Yohan Neeskens, Villem van Hanegem (Hollandiya).

15. Kazemiro, Toni Kroos, Luka Modriç (Real Madrid).

16. Didye Deşam, Patrik Vieyra, Zinəddin Zidan (Fransa).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm