"Real"dan gələn təklifi niyə rədd edib? - Zamanı qaytara bilsəydim...
Bizi izləyin

İdman

"Real"dan gələn təklifi niyə rədd edib? - Zamanı qaytara bilsəydim...

“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard niyə Avropada yalnız “Liverpul”da çıxış etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, əfsanəvi ingilis yarımmüdafiəçi Avropa nəhənglərindən gələn təklifləri qəbul etməməsini belə izah edib:

“ "Real" və "Çelsi"dən təkliflər almışam, amma ürəyim həmişə "Liverpul"a aid idi. Qərarımdan heç vaxt peşman olmamışam. Zamanı geri qaytara bilsəydim, yenə eyni şeyi edərdim”.

Xatırladaq ki, Cerard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib. O, "qırmızılar"la 17 illik macəradan sonra bir mövsüm ABŞ-da - "Los-Anceles Qalaksi"də top qovub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm