"Bayern" onun transfer məbləğini açıqladı
Bizi izləyin

İdman

"Bayern" onun transfer məbləğini açıqladı

"Bayern" "Kristal Pelas"dan fransalı yarımmüdafiəçi Mixael Olizenin transferini açıqlayıb.

Publika.az xəbər verir ki, tərəflər müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıblar.

"Münhen klubu ilə danışıqlar çox müsbət keçib və şadam ki, indi belə böyük klubda oynayacağam. Bu, böyük şərəfdir və axtardığı məhz budur. Özümü sübut etmək və qarşıdakı illərdə komandamın mümkün qədər çox titul qazanmasında öz rolumu oynamaq istəyirəm”.

Qeyd edək ki, "Bayern"in bu transferə görə İngiltərə klubuna 55 milyon avro ödədiyi bildirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm