“Mançester Yunayted” ötən mövsümün tapıntısı ilə anlaşdı
Bizi izləyin

İdman

“Mançester Yunayted” ötən mövsümün tapıntısı ilə anlaşdı

"Mançester Yunayted" "Bolonya"nın və Niderland millisinin hücumçusu Coşua Zirkze ilə müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, klublar tezliklə transferlə bağlı razılığa gələcəklər. Çünki Zirkze İngiltərə klubuna keçməyə razılaşıb. "Mançester Yunayted" 23 yaşlı forvardın müqaviləsindəki 40 milyon avroluq satış müddəasını aktivləşdirəcək.

Coşuanın keçmiş klubu olan "Bayern" transfer qiymətinin 50%-ni alacaq.

Qeyd edək ki, 2023/24 mövsümündə Coşua Zirkze klub səviyyəsində 37 oyun keçirib, 12 qol və 7 məhsuldar ötürmə edib. Ötən mövsümün tapıntılarından biri hesab edilən futbolçu "Bolonya"nın Çempionlar Liqasına vəsiqə qazanmasında böyük pay sahibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm