Kiyevə kamikadze dronları ilə kütləvi HÜCUM
Bizi izləyin

Dünya

Kiyevə kamikadze dronları ilə kütləvi HÜCUM

Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu olub.

Publika.az xəbər verir ki, oktyabrın 5-i axşam saatlarından başlayaraq növbəti gün səhərə qədər Rusiya ordusu Kiyevə kamikadze dronları ilə hücum edib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko "Facebook" səhifəsində məlumat verib ki, hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronların qalıqları Kiyev vilayətinin 6 rayonunun ərazisinə düşüb.

Məlumata görə, 12 saatdan çox davam edən həyəcan təbili çalınıb. Dağıntılar və xəsarət alanların olduğu barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 6-na keçən gecə Rusiya ordusu müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Ümumilikdə Ukrayna hərbçiləri düşmənin 90-dan çox hava hədəfini aşkar edib. Ukrayna Hərbi Hava Qüvvələri aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qruplarının köməyilə hücumu dəf edib. Döyüş nəticəsində müxtəlif bölgələrdə iki raket və 56 kamikadze PUA məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm