"Krasnodar" Kadini bu kluba satdı - RƏSMİ
Bizi izləyin

İdman

"Krasnodar" Kadini bu kluba satdı - RƏSMİ

“Krasnodar” klubu yarımmüdafiəçisi Kadi Borgesin Macarıstanın “Ferensvaroş” klubuna keçidini açıqlayıb.

Publika.az xəbər verir ki, müqavilənin təfərrüatı açıqlanmayıb. Borgesin Macarıstan təmsilçisinə tam hüquqlu transfer olduğu dəqiqdir.

Qeyd edək ki, Kadi 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunub. "Buğalar"ın heyətində 44 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt"a görə braziliyalı futbolçunun dəyəri 2,5 milyon avrodur.

Əlavə edək ki, "Qarabağ" uzun müddət idi ki, Kadini geri qaytarmaq üçün "Krasnodar" və futbolçu ilə danışıqlar aparırdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm