Neymar məşhur blogerin sevgilisinə tamah saldı
Bizi izləyin

İdman

Neymar məşhur blogerin sevgilisinə tamah saldı

Məşhur rusiyalı bloger Mixail Litvin Braziliya millisinin və “Əl-Hilal”ın ulduzu Neymarın onun sevgilisi Adel Veygelə tanışlıq üçün yaxınlaşmaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, Litvin bu barədə “Vpiska” YouTube kanalına müsahibəsində danışıb.

“Neymar sevgilimə tanışlıq verməyə çalışırdı. Onu görmək istədi, Parisə dəvət etdi, dedi: “Mən ölkədə vəziyyətin necə olduğunu bilirəm, əgər mənim köməyimə ehtiyac olarsa…” Bir sözlə, özünü göstərməyə çalışırdı”, - deyə Litvin qeyd edib.

Braziliyalı futbolçu 2023-cü ilin yayında PSJ-dən “Əl-Hilal”a keçib. Ötən ilin noyabrından zədəli olan futbolçu bu müddət ərzində bütün turnirlərdə cəmi 5matçda iştirak edib, 1 qol vurub və üç məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm