Gündoğan “Siti”də bu nömrəni seçdi, səbəbini də açıqladı - FOTO
Bizi izləyin

İdman

Gündoğan “Siti”də bu nömrəni seçdi, səbəbini də açıqladı - FOTO

“Mançester Siti”yə qayıdan İlkay Gündoğan 19 nömrəni seçib.

Publika.az xəbər verir ki, İlkay bunun səbəbini də açıqlayıb:

“Bu barədə düşündüm. 21 və 22 nömrələri də var idi – keçən il “Barselona”da 22 və Almaniya yığmasında 21 nömrə geyinmişdim, lakin bu nömrələrlə heç bir kubok qazanmadım, ona görə də 19 nömrəni sedim. Dostlarım Silva və Orteqada 18 və 20 nömrədir. Düşündüm ki, onların arasında olmaq bir işarə sayıla bilər.

Ümid edirəm ki, böyük təsir nömrə yox, mənim meydanda və meydandan kənarda necə oynamağım, necə davranmağım olacaq. Sizi əmin edə bilərəm ki, çoxlu kuboklar qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İlkay Gündoğan 23 avqust 2024-cü ildə “Barselona”dan “Mançester Siti”yə keçib. Transfermarkt portalı 33 yaşlı almaniyalıya 15 milyon avro qiymət qoyub.

2023/24 mövsümündə Gündoğan “Barselona”nın heyətində La Liqada 36 matça çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm