“Yunayted”in sabiq futbolçusu barda dalaşdı, döyüldü
Bizi izləyin

İdman

“Yunayted”in sabiq futbolçusu barda dalaşdı, döyüldü

Rusiya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis Moskvadakı barların birində dava etdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, Kançelskis “Sport24”-ün müxbiri Vladislav Şapiro ilə söhbətində məlumatı təsdiqləyib.

İkiqat İngiltərə çempionu polisə ərizə yazdığını bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, 55 yaşlı Kançelskis Tverskaya-Yamskaya 1-də yerləşən müəssisədə baş verən davadan sonra tibbi yardıma ehtiyac duyub. Hadisə Avropa çempionatının finalından sonra baş verib.

“Bəli, barda bir nəfərlə dava etdim, bir-birimizi tanıyıb-tanımadığımızı açıqlamayacağam. Sadəcə fikirlərimiz üst-üstə düşmədi, onunla şəxsi məsələni həll edə bilmədik.

İndi mənimlə hər şey yaxşıdır, mən Moskvadayam, sağ və salamatam.

Yazırlar ki, nokauta düşmüşəm? Qulaq as, əgər məni nokauta göndərsəydilər indi səninlə danışmazdım. Mübahisə etdilər, mən də cavab verib döyüşdüm. Narahat olmayın, mübahisə Avropa çempionatının finalı ilə bağlı deyildi.

Bunlar bizim şəxsi gərginliyimizdir, amma onların əleyhinə polisə ərizə yazdım. Bundan sonra nə baş verəcək və şəxsi işimiz necədir, biz bunu heç bir şəkildə reklam etmək istəmirik. Məhkəmə mümkündür və mən qərarı gözləyəcəm. Biz hər şeyi qanun çərçivəsində edəcəyik”, – Kançelskis bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm