İdman
Son iki idmançımız Paris olimpiadasında mübarizəyə başlayır
Bu gün Azərbaycanın son iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Publika.az xəbər verir ki, sərbəst güləşçilər - Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.
Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.
Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yığma 5 halqa, 3 lent və 2 top proqramı üzrə mükafatçılar arasına düşməyə çalışacaq.
Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
-
İKT19:36
Bu tarixdən internetdən imtina edənlər CƏRİMƏLƏNƏCƏK - FOTO
-
Sosial18:36
Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: qeydiyyatçı isə...
-
Hadisə18:30
Bakıda mənzilə SİLAHLI BASQIN: həmin şəxs polisə də müqavimət göstərib
-
Dünya18:00
Dünya müharibəsinə doğru bir addım: Mask ABŞ-ın Ukraynaya icazəsini təhlükəli hesab edir
-
Dünya17:14
Türkiyə gözəli bu məşhur şəxsin qızı imiş - Foto
-
MDB16:42
Moskva qovrula bilər: Elə istilər gəlir ki...
-
MDB15:58
Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu
-
MDB15:25
Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!