İdman
"Qarabağ" fransız hücumçunu alır?
Polşanın "Legiya" klubunun hücumçusu Miquel Alfarela karyerasını Azərbaycanda davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Goal.pl" məlumat yayıb.
Bildirilir ki, qış transfer pəncərəsində fransalı forvard heç cür uyğunlaşa bilmədiyi Varşava təmsilçisini tərk etməyə yaxındır. Onun hazırda bir neçə klubun maraq dairəsində olduğu qeyd olunub. Onlardan biri Azərbaycan çempionu "Qarabağ"dır.
27 yaşlı futbolçunun xidmətində Fransa Liqa1-nin adı açıqlanmayan klublarından biri də maraqlıdır.
Alfarelanın "Legiya"da xoşbəxt olmadığı və elə qış transfer pəncərəsində Polşa klubunu tərk etmək istədiyi bildilir. "Ağ-qaralar" onun satıılmasının əleyhinə deyil.
Qeyd edək ki, Miquel Alfarela 2024-cü ilin yayında 1 milyon avroya "Bastiya"dan transfer edilib. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edib. Bu görüşlərdə 1 qol vurub və 2 assist edib.
Heybət
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü


































.jpg)
