Ərəblər əl çəkmir: “Real” səksəkəyə düşdü
Bizi izləyin

İdman

Ərəblər əl çəkmir: “Real” səksəkəyə düşdü

“Real” Vinisius Junioru Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna yalnız 1 milyard avro təzminat ödənəcəyi şərti ilə buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, “kral klubu” “Əl Əhli”nin Vinisiusu almaq opsionunu aktivləşdirməyəcəyinə inanır.

Daha əvvəl Səudiyyə klubu Vinisius üçün “Real”a 200 milyon avronu aşan təklif etmişdi, Səudiyyə klubunun braziliyalı vinger üçün artıq ispan nəhənginə yeni təklif hazırladığı vurğulanır. “Əl-Əhli”nin Vinisiusla maraqlanması fonunda “Real” müqaviləni yaxşılaşdırmaq barədə düşünməyə başlayıb.

Daha əvvəl mediada Səudiyyə klubunun 24 yaşlı futbolçuya 1 milyard avro maaşla 5 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm