İdman
Türkiyə mətbuatının diqqətini çəkən futbolçumuz Almaniyaya gedir
"Neftçi"nin qolkiperi Emil Balayev Almaniyaya gedir.
"Neftçi"nin və milli komandamızın qapıçısı Frankfurt "Ayntraxt"ının düşərgəsinə yollanır.
Publika.az xəbər verir ki, Emil Almaniya klubunda baxışdan keçəcək. O, "Neftçi"nin "Xəzər Lənkəran"la oyunundan sonra Almaniyaya yollanacaq.
Məlumat üçün bildirək ki, Türkiyənin "Milliyyet" qəzeti "De Sanktisin yerinə Azəri Buffon!" başlıqlı xəbərində "Neftçi"nin qapıçısı Emil Balayevin "Roma"nın transfer siyahısına düşdüyünü qeyd etmişdi. Amma Emil qardaş ölkə mətbuatında yazılan xəbərə belə münasibət bildirmişdi:
“Roma”nın mənimlə maraqlandığını mən də mətbuatdan oxumuşam. Şəxsən mənim özümlə bu barədə heç kim söhbət etməyib. Əgər bu doğrudursa, yalnız sevinə bilərəm. İtaliya nəhənginin maraq dairəsinə düşmək xoş olardı”.
Aygün İlqarqızı
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO