Həbib nə qədər borc ödəyib? - Federal Vergi Xidməti açıqladı
Bizi izləyin

İdman

Həbib nə qədər borc ödəyib? - Federal Vergi Xidməti açıqladı

Keçmiş MMA döyüşçüsü Həbib Nurməhəmmədov vergi orqanlarına 79,3 milyon rubl məbləğində borcunu ödəyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Vergi Xidməti məlumat yayıb.

“İdmançı külli miqdarda vergi borcunu ödəyib. Məhkəmə icraçıları qarışıq döyüş növləri üzrə keçmiş çempionu 79,3 milyon rubl borcunu ödəməyə məcbur ediblər. Rusiya FSSP-nin əsas regionlararası (ixtisaslaşdırılmış) idarəsinin Dağıstan Respublikası üzrə ixtisaslaşdırılmış məhkəmə icraçıları şöbəsində borcun tutulması üçün icraata başlanılıb.

Vergi müfəttişliyinin qərarının tələblərinin yerinə yetirilməsinə yönəlmiş qanunla nəzərdə tutulmuş məcburi tədbirlər kompleksi qəbul edilmişdir. Nəticədə idmançı borcun bütün məbləğini ödədi”, – “Match TV” Federal Vergi Xidmətinin mətbuat xidmətindən sitat gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm