Qızın iddiası: “O, atamın rekordunu qırmayıb”
Bizi izləyin

İdman

Qızın iddiası: “O, atamın rekordunu qırmayıb”

La Liqa tarixinin sabiq ən yaxşı bombardiri Telmo Sarranın qızı Karmen Sarra Lionel Messinin atasının rekordunu qırması barədə danışıb.

O, Leonun rekordunu təkzib edib:

“Atamın rekordu 267 oyunda 251 qol vurulanda yenilənəcək. Messi 280 oyundan sonra bu nəticəni əldə edib. Bundan əlavə bizim əlimizdə atamın oyunlarıyla bağlı dəqiq statistika yoxdur. “Atletik”in saytında onun 251 top vurduğu qeyd olunur. Başqa mənbələrdə isə 253 rəqəmi göstərilir.

Razıyam, Messi fantastik futbolçudur. Mənə elə gəlir ki, mətbuat onun atamın rekordunu qırdığını deməklə səhvə yol verir.

Hər futbolçunun öz oyun üslubu var. Mənim atam dahi forvard olub. Çoxları deyir ki, atam texnikalı və fiziki cəhətdən güclü futbolçu idi”.

Telmo Sarranın qızı onu da bildirib ki, atasının rekordunu portuqaliyalı Ronaldo qıra bilər. Hazırda portuqaliyalı aktivinə La Liqada 176 oyun və 197 qol yazdıra bilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm