“Real”ın ulduzları Kardaşyanla qol-boyun oldular - FOTO
Bizi izləyin

İdman

“Real”ın ulduzları Kardaşyanla qol-boyun oldular - FOTO

“Real”ın vingeri Vinisius Junior və yarımmüdafiəçisi Eduardo Kamavinqa amerikalı realiti-şou ulduzu Kim Kardaşyanla birlikdə foto çəkdirib.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkədəki hesabında “Gəldiyiniz üçün təşəkkür edirəm” yazıb.

Ötən mövsüm Vinisius bütün yarışlarda 39 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Keçən mövsüm Kamavinqa bütün yarışlarda 46 oyun keçirib və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm