Premyer Liqanın böyük dərdi: Mərc şirkətləri klubları ələ alırlar
Bizi izləyin

İdman

Premyer Liqanın böyük dərdi: Mərc şirkətləri klubları ələ alırlar

2002/2003 və 2024/2025 mövsümləri arasında mərc tərəfdaşları olan İngiltərə Premyer Liqası (İPL) klublarının sayı 1000% artıb.

Publika.az xəbər verir ki, bu barədə "iGaming" məlumat yayıb.

Bukmeker kontorlarının sponsorluq etdiyi komandaların sayı müəyyən edilmiş müddət ərzində 1-dən 11-ə yüksəlib. Bu da futbol ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Kontorlar ilə tərəfdaşlıq müqaviləsi bağlayan ilk klub 2002/2003 mövsümündə "Fulhem" olub və 1 il davam edib. 2003/04 mövsümündə heç bir Premyer Liqa komandası mərc sektoru tərəfindən maliyyələşdirilməyib. Sonradan İngiltərə futbolunun yüksək liqasında bukmeker sponsorlarının sayı yalnız artıb.

20 ildən artıqdır ki, 42 mərc şirkəti Premyer Liqa klublarının tərəfdaşı kimi çıxış edir. Operatorların çoxu eyni anda birdən çox komandaya sponsorluq edir.

2024/25 mövsümündə bukmeker kontorları Premyer Liqanın 20 klubundan 11-nin (55%) titul tərəfdaşıdır. Bu, rekord göstəricidir. Əvvəllər belə əməkdaşlığın maksimum sayı 10 olub (2016/2017 və 2019/2020 mövsümlərində). Bəzi ölkələrdən fərqli olaraq İngiltərədə hələlik qadağanın olmaması fonunda mərc sektoru ilə müqavilələrdə artım müşahidə olunur.

Premyer Liqa klubları arasında oyunçuların formalarının ön hissəsində qumar şirkətlərinin sponsorluğundan imtina ilə bağlı kollektiv müqavilə imzalanıb. Bu anlaşma 2025/26 mövsümü başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu arada liqa komandaları bukmeker kontorlarından əlavə maliyyə almaq fürsətindən yararlanmağa davam edirlər. Bu, tərəfdaşlıq və lisenziya ilə bağlı əməkdaşlıqları da əhatə edir.

İngiltərə futbolunun başbilənləri isə bukmekerlərdən xilas olmağın yolunu axtarır. Ancaq böyük marketinq maraqları hələlik buna əngəl törədir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm