"Barselona"nın futbolçusunun vəziyyəti pisləşir: Əməliyyat olunmalıdır
Bizi izləyin

İdman

"Barselona"nın futbolçusunun vəziyyəti pisləşir: Əməliyyat olunmalıdır

"Real" ilə yoldaşlıq oyununda Federiko Valverde ilə toqquşma zamanı zədələnən "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun daha 4 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Publika.az xəbər verir ki, öncə sağalma prosesinin 6 həftə çəkəcəyi gözlənilsə də, durumun ciddi olduğu üzə çıxıb. RAC1-in məlumatına görə, de Yonqun ayaq biləyindəki problemlər ciddiləşməyə davam edir. Son bir ay ərzində praktiki olaraq heç bir irəliləyiş olmayıb. Bunun belə davam etməsi futbolçu üçün əlavə riskdir

Sağalması üçün Frenki əməliyyat keçirməli olacaq. Lakin hələlik futbolçu konservativ müalicəyə üstünlük verir. Belə vəziyyətdə onun sentyabrın sonuna kimi sağalacağı gözlənilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm