İdman
“Çelsi”nin xilaskarı dünyasını dəyişdi
“Çelsi”nin sabiq çalışdırıcısı Con Nil dünyasını dəyişib.
Publika.az-ın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, Nil dünən - noyabrın 24-də 82 yaşında vəfat edib.
“Çelsi” klubu da keçmiş məşqçisinin ölüm xəbərinə biganə qalmayıb. Klub rəsmi saytları vasitəsi ilə bildirib ki, Con Nil daim bir xilaskar kimi onların ürəklərində yaşayacaq:
"Con Nil "Çelsi” azarkeşlərinin qəlbində komandanı böhranlı durumundan xilas edən biri olaraq qalacaq. O, daim xatırlanacaq”.
Məlumat üçün bildirək ki, Nil 1981-ci ildə "Çelsi” İngiltərə çempionatının ikinci divizionunda çıxış edərkən komandaya baş məşqçi təyin olunub. Onun xilaskar adlandırılmasının səbəbi 1984/1985-ci ildə komandanı Premyer liqaya çıxarmağı bacarmasıdır. Həmin il Nil sağlığındakı problemlərlə əlaqədar komandadan getməli olub. Bundan sonra o, klubda idarə heyətində işinə davam edib.
Con Nil məşqçi karyerası ərzində (1968–1977)"Reksem”, (1977–1981) "Midlsbro” və nəhayət, 1981–1985-ci illərdə “Çelsi” klublarını çalışdırıb.
Aygün İlqarqızı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ