İdman
Ramin Musayev “Neftçi” rəsmisinin cavabını verdi
"Ölkənin bir nömrəli derbisində AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev niyə yox idi?
Onlar bu iki möhtəşəm komandanın oyununa şahidlik etməli idilər. Futbol kabinetdən idarə olunmur. Futbolu stadiondan idarə etmək lazımdı. “Neftçi” rəhbərliyi, futbolçuları olaraq sübut etdik ki, bizi sındırmaq mümkünsüzdü".
Publika.az xəbər verir ki, bu "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasından sonra qonaqların vitse-prezidenti Tahir Süleymanov deyib. Qurum rəhbərlərini "Böyük oyun"a gəlməməkdə ittiham edən Süleymanova PFL prezidenti Ramin Musayevdən cavab gəlib.
Futbloinfo.az saytına açıqlama verən Musayev “Neftçi” rəsmisini ikiüzlülükdə ittiham edib: "Məncə, Tahir Süleymanov kimi Lənkərana gedib, saatda bir fikir səsləndirib, sonra fikrini dəyişməkdənsə, elə oyuna getməmək yaxşıdı. Mən hansı oyuna gedəcəyimi özüm müəyyənləşdirirəm, bunun Süleymanova heç bir dəxli yoxdu.
Bir neçə gün bundan öncə verilişlərin birində 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra PFL-in işini yüksək dəyərləndirən Tahir Süleymanov, xal itirdikdə Ramin Musayevi tənqid edir? Belə çıxır ki, "Neftçi" qələbə qazananda biz yaxşı idarə edirik, xal itirəndə pis. İdarəetmə ilə bağlı mənə ağıl öyrətmək lazım deyil. Tahir Süleymanov vitse-prezident kimi öz işi ilə məşğul olsa, daha yaxşı olar".
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi