Bacısının ölümü ona bir oyunda 53 xal toplamağa necə kömək edib?
Bizi izləyin

İdman

Bacısının ölümü ona bir oyunda 53 xal toplamağa necə kömək edib?

35 yaşlı amerikalı peşəkar basketbolçu, MBA-da “Boston Celtics”in heyətində çıxışları ilə tanınan Ayzeya Tomas Şərq Konfransının yarımfinalında “Vaşinqton”la oyunda 53 xalı necə topladığı haqda danışıb.

Publika.az xəbər verir ki, Ayzeya buna mərhum bacısı Çayn Tomasın ruhunun yardım etdiyini bildirib.

“Aydındır ki, mən o zaman ailə məsələlərinə görə dərin psixi zədə almışdım. Həmin gün Çaynın ad günü idi. Basketbol meydançasında həyatımın ən qəribə anlarından biri idi, elə bir vəziyyət idi ki, heç nə eşitmirsən, sanki meydanda təksən.

Hiss olunurdu ki, bacım elə buradadır, hər atışı, hər hərəkəti izləyir, mən isə sadəcə hərəkət etməyən oğlanların yanından keçirəm, onlar mənə sadəcə olaraq səbətin altına girməyə icazə verirdilər. Mən sadəcə onun yanımda olması və bu oyunda mənə kömək etməsi fikrindən ilhamlandım… amma o anları təsvir edə bilmirəm, sanki qeyri-adi bir prosesdən keçirdim” deyə Tomasın sözlərindən “Fadeaway World” sitat gətirib.

Tomasın bacısı Çayn 15 aprel 2017-ci ildə avtomobil qəzasında ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm