Stadion yaxınlığındakı dəhşətli partlayışın SƏBƏBİ BİLİNDİ
Bizi izləyin

İdman

Stadion yaxınlığındakı dəhşətli partlayışın SƏBƏBİ BİLİNDİ

İngiltərənin paytaxtı Londonda O2 stadionu yaxınlığında çəkiliş zamanı partlayışlardan sonra yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin sözlərinə görə, çəkiliş zamanı kaskadyor səhv edib. Nəticədə yanğın yaxınlıqdakı anbara keçib. Hadisə yerinə 4 yanğınsöndürən maşın gəlib.

“Silvertaundakı yanğın çəkiliş meydançasında idarə olunan və nəzarətdən çıxan partlayışdan sonra baş verib. Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Hazırda vəziyyət nəzarət altına alınıb”, – deyə yanğınsöndürmə briqadası məlumat sitat verib.

Hazırda völən və yaralananlar barədə məlumat yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, üzərində “BBC World News” yazısı olan yük maşını O2 Arena yaxınlığında yanıb.

O2 Stadionu tutumuna görə Böyük Britaniyada üçüncü ən böyük qapalı stadiondur və ərazisinə görə isə dünyanın ən böyük 10 binasından biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm