Messi ilə müqayisə olunmasından danışdı: Onun səviyyəsinə çatmaq mümkün deyil
Bizi izləyin

İdman

Messi ilə müqayisə olunmasından danışdı: Onun səviyyəsinə çatmaq mümkün deyil

"Barselona"nın hücumçusu Lamin Yamal Kataloniya klubunun sabiq ulduzu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, 17 yaşlı vunderkind "Mundo Deportivo"ya açıqlamasında bundan məmnun olduğunu deyib:

“Futbol tarixinin ən yaxşı oyunçusu ilə müqayisə olunmağı xoşlayıram, amma özüm olmaq istəyirəm. Messinin səviyyəsinə çatmaq mümkün deyil”.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Messi 2004-cü ildən 2021-ci ilə kimi əsas komandada çıxış edib. Lamin Yamal isə ötən mövsüm "Barsa"da debüt etsə də, Kataloniya klubunun əsas ulduzu hesab edilir. Mütəxəssislər onu Leonun əvəzləyicisi hesab edirlər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm