Messidən xəbər var: Bu görüşdə oynayacaq
Bizi izləyin

İdman

Messidən xəbər var: Bu görüşdə oynayacaq

"İnter Mayami" hücumçusu Lionel Messinin zədəsini sağaltdığını açıqlayıb.

Publika.az xəbər verir ki, 37 yaşlı argentinalının növbəti oyunda iştirak etməyə hazır olduğu qeyd olunub. Klubun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində matça biletlərin satışı ilə bağlı elan “O geri döndü” başlığı ilə yazılıb.

Messi iyulun 15-dən bəri oynamır. O, Kolumbiya ilə Amerika Kubokunun final matçında (1:0) topuq bağından zədə almışdı.

Sentyabrın 15-də “İnter Mayami” doğma meydanda “Filadelfiya Yunion”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm