Əfsanə Messinin DÇ-2026-da oynayacağına əmindir
Bizi izləyin

İdman

Əfsanə Messinin DÇ-2026-da oynayacağına əmindir

Argentina millisinin sabiq yarımmüdafiəçisi Xuan Roman Rikelme Lionel Messi barədə danışıb.

Publika.az xəbər verir ki, cənubi amerikalıların kapitanı olmuş Rikelme Leonun növbəti dünya çempionatında oynayacağına əmindir:

“Messi daim özünü yenidən kəşf edir. Onun nəyə qadir olduğunu heç vaxt bilmirsən. Leonun növbəti dünya çempionatında oynayacağına şübhəm yoxdur. Sadəcə daimi oynamalıdır. Onun oynaması üçün hamımız çalışacağıq. O, əla formadadır, inanılmazdır. Bundan əlavə, o, həqiqətən yarışmaqdan həzz alır. Messi çox şey qazanıb, amma qalibiyyətlərə davam etmək istəyir”.

Qeyd edək ki, Xuan Roman Rikelme 1997-ci il ildən 2008-ci ilədək Argentina millisində çıxış edib və bir müddət komandanın kapitanı olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm