Neymar "Real"ın futbolçularına xəbərdarlıq etdi: Mbappe fəlakətdir
Bizi izləyin

İdman

Neymar "Real"ın futbolçularına xəbərdarlıq etdi: Mbappe fəlakətdir

"Əl-Hilal" hücumçu Neymar "Real"da çıxış edən braziliyalı həmkarları ilə söhbətində Kilian Mbappeni tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Siril Anuna "Europe 1"-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forvard Vinisius Junior, Rodriqo və digərləri ilə Mbappenin transferini müzakirə edib. Neymar braziliyalılara Mbappe haqqında mesaj göndərib və onlara onunla oynamağın fəlakət olduğunu söyləyib.

Neymarla Mbappe arasında həmişə gərginlik olub. O, “Real”da yaxın dostluq münasibətləri olan futbolçuları bu yolla məlumatlandırmağa çalışıb.

Qeyd edək ki, Mbappe "Real"ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 4 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm