Ronaldo ilə bağlı sirri açdı: Zülal yeyirdi, başqalarının boşqablarına baxırdı
Bizi izləyin

İdman

Ronaldo ilə bağlı sirri açdı: Zülal yeyirdi, başqalarının boşqablarına baxırdı

"Botafoqo"nun müdafiəçisi Aleks Telyeş "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo haqqında açıqlama verib.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu keçmiş komanda yoldaşının ətrafına təsirindən danışıb:

“Onun bütün məsələlərdə qüdrəti var. İmici və nailiyyətlərinə görə Ronaldonun rəyi bir çox məsələlərdə mühüm rol oynayır. Narazılığı olanda onun ətrafında həmişə böyük komanda formalaşır. Aydındır ki, o, hər şeyin ən yaxşısını görmək istəyir”.

Telyeş Kriştiano Ronaldonun həyat tərzi və qidalanması ilə bağlı təəssüratlarını da bölüşüb:

“Onun yeməkləri tamamilə fərqli idi. Dietoloq gəldi və dərhal yeməyi ona təqdim etdi. O, çoxlu təbii qidalar yeyir və həmişə başqalarının boşqablarına baxırdı. Hətta desert yeməyə belə qorxurduq. Biz bilirik ki, o, öz bədəninə qulluq etməyi sevir, ona görə də ondan yaxşı nümunə götürmək istəyirik.

Vaxt var idi ki, nahardan sonra zülal yeyirdi. Təxminən 15 gündən sonra artıq masada bu zülallardan 20-yə yaxını var idi. Oyunçular Ronaldodan sonra dietoloqlara müaricət etdilər. Onlarda belə bir sehr olub-olmadığını öyrənməyə başladılar”.

Qeyd edək ki, "Qalatasaray"ın sabiq üzvü olan Aleks Telyeş yay transfer pəncərəsinin sonlarında "Əl-Nəsr"i tərk edərək vətəni Braziliyaya qayıdıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm