Yamal "Barsa"da nə qədər məvacib alır? - İnanmayacaqsınız
Bizi izləyin

İdman

Yamal "Barsa"da nə qədər məvacib alır? - İnanmayacaqsınız

"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalın maaşı Kataloniya klubunda ən aşağılardan biridir.

Publika.az xəbər verir ki, İspaniya millisi ilə Avropa çempionu olan Yamal “Barsa”da ildə təxminən 1,5 milyon avro qazanır. Bu barədə “Marca” məlumat yayıb.

Yamalın Kataloniya klubu ilə 2026-cı ilə qədər qüvvədə olan hazırkı müqaviləsi 2023-cü ilin oktyabrında imzalanıb. Qeyd olunur ki, o zaman tərəflər şərtlərə futbolçunun 18 yaşı tamam olan 2025-ci ilin yayında baxılacağı barədə razılığa gəliblər.

Yeni sözləşməyə əsasən, Yamalın maaşı dəfələrlə artacaq və anlaşma 2030-cu ilə qədər olacaq.

"Barselona"da ən çox maaş alan Frenki de Yonqdur - 37,5 milyon avro.

Qeyd edək ki, bu mövsüm Yamal La Liqada 5 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm